Atsuşi Uçiyama (Yaponiya yığmasının baş məşqçisi): “Bu turnirdə Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq. Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündü”.Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci beynəlxalq turnirin ilk turu çərçivəsində keçirilən Yaponiya – Azərbaycan oyununun ən yaxşıları müəyyənləşib. Yığmamızın heyətində matçın ən yaxşısı Mahir Mədətov seçilib. Qarşılaşma başa çatdıqdan sonra Mahirə xüsusi medal təqdim edilib.
http://www.azadliq.az/xeber/578/az%C9%99rbaycan-millil%C9%99ri-yaponiyani-m%C9%99glub-etdi/