Yaponiya
Kalendar
Hava
Müasir dövr

31 mart 1854-cü ildə kommodor Metyu Kelbreyt və ABŞ hərbi donanmasının "Qara gəmilər"i Kanaqava müqaviləsi əsasında Yaponiyanı xarici dünyaya açılmağa məcbur etmişdir. Bu hadisədən sonra Bakumatsu dövründə Qərb ölkələri bağlanan bənzər müqavilələr iqtisadi və siyasi böhranlara səbəb olmuşdur. Şoqunun hakimiyyətdən əl çəkməsi Boşin müharibəsini başlatmış və mərkəzləşdirilmiş dövlət formal olaraq imperatorun hakimiyyəti altında birləşdirilmişdir (Meyci islahatı).[42]

 
Tokuqava şoqunluğunun sonlarında keçirilmiş Meyci islahatının adı ilə bağlı olan İmperator Meyci (18681912)

Qərbin məhkəmə, siyasi və hərbi quruluşunu mənimsəyənilən dövrdə Yaponiya Kabineti Gizli Şura təşkil etmiş, Meyci konstitusiyasını təqdim etmiş və Yaponiya parlamentini toplamışdır. Meyci islahatı Yaponiya imperiyasını sənayecə inkişaf edən dünya gücünə çevirmişdir və ölkəni qlobal təsirini artırmaq üçün hərbi gücdən istifadə etməsinə vadar etmişdir. Birinci Çin-yapon (18941895) və Rus-yapon (1904–1905) müharibələrində əldə edilmiş qələbələrdən sonra Yaponiya TayvanaKoreyaya və Saxalin adasının cənub yarısına nəzarət etməyə başlamışdır.[43] Yaponiya əhalisinin sayı 1873-cü ildə 35 milyon nəfər olduğu halda, 1935-ci ildə bu göstərici 70 milyon nəfərə çatmışdır.[44]

 
Çin generalları Birinci Çin-yapon müharibəsində (1894-1895yaponlara təslim olarkən.

XX əsrin əvvəllərində qısa müddət davam edən "Tayşo demokratiyası" dövründə ekspansionizm və militarizm daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Birinci dünya müharibəsi qələbə qazanan tərəfdə olan Yaponiyaya dünyaya təsirini və ərazisini artırmağa imkan yaratmışdır. Genişləndirmə siyasətinə davam edən Yaponiyanın 1931-ci ildə Mancuriyanı işğal etməsi beynəlxalq reaksiyaya və Yaponiyanın 1933-cü ildə Millətlər Liqasından ayrılmasına səbəb olmuşdur. 1936-cı ildə Yaponiya Nasist Almaniyası ilə Antikomintern paktını imzalamışdır və 1940-cı ildə Üçlər paktı Yaponiyanı Ox güclərindən birinə çevirmişdir.[45] 1941-ci ildə Yaponiya Sovet-yapon tərəfsizlik paktını qəbul etmişdir.[46]

 
2 sentyabr 1945-ci ildə yaponların Tokio körfəzində müttəfiqlərə rəsmən təslim olması, İkinci dünya müharibəsinin sonu.

Yaponiya imperiyasının 1937-ci ildə Çinin digər ərazilərinin işğal etməsi ilə İkinci Çin-yapon müharibəsi (19371945) başlatmışdır. İmperial Yaponiya ordusu tez Çinin paytaxtı Nankin şəhərini tutmuş və Nankin qətliamını törətmişdir.[47] 1940-cı ildə Yaponiyanın Fransız Çinhindisini işğal etməsindən sonra ABŞ Yaponiyaya neft embarqosu qoymuşdur.[48] 7-8 dekabr 1941-ci ildə Yaponiya gözlənilmədən ABŞ-a qarşı Pörl Harbor hücumunu təşkil etmiş, Böyük Britaniyanın mülkləri olan HonkonqSinqapur və Malayaya hücum etmiş və ABŞ-a müharibə elan etmişdir. Bu hadisələr ABŞ və Böyük Britaniyanı Sakit okean cəbhəsinə qoşulmağa məcbur etmişdir.[49][50] SSRİ-nin Mancuriyanı işğal etməsindən və ABŞ-ın 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atom bombaları atmasından sonra Yaponiya 15 avqust 1945-ci ildə qeyd-şərtsiz təslim olmuşdur.[51] Müharibə nəticəsində Yaponiya və Böyük Şərqi Asiya Ortaq Rifah Ərazisində milyonlarla insan ölmüş, sənaye və infrastruktur məhv olmuşdur. Müttəfiqlər (ABŞ-ın başçılığı altında) milyonlara etnik yaponu koloniyalardan vətəninə qaytarmış, Yaponiyanın Asiyadakı hərbi düşərgələrini ləğv etmiş və işğal olunmuş ərazilərin müstəqilliyini bərpa etmişdir.[52] Müttəfiqlər müharibə cinayətlərində imzaları olan Yaponiya liderlərini mühakimə etmək üçün 3 may 1946-cı ildə Uzaq Şərq beynəlxalq hərbi tribunalını təşkil etmişdir. Bakterial tədqiqatlarda iştirak edənlər və müharibəyə səbəb olmuş imperiya ailəsinin üzvləri tələblərə baxmayaraq Müttəfiq Qüvvələrin Ali Komandanı tərəfindən bəraət qazandırılmışdır.[53]

1947-ci ildə Yaponiya liberal demokratiyanı vurğulayan yeni konstitusiya qəbul etmişdir. 1952-ci ildə imzalanmış San-Fransisko sülh müqaviləsi ilə müttəfiqlərin Yaponiya işğalı başa çatmışdır[54] və Yaponiya 1956-cı ildə BMT-nin üzvü olmuşdur. Yaponiya daha sonra tərəqqiyə nail olaraq 2010-cu ildə Çin tərəfindən geridə buraxılana qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olmuşdur. XXI əsrin əvvəllərində tədrici iqtisadi yenilənmə başlamışdır.[55] 11 mart 2011-ci ildə Yaponiyada tarixdə qeydə alınmış ən güclü zəlzələ baş vermişdir və bu fəlakət Fukuşima nüvə fəlakətinə səbəb olmuşdur.[56]

2195 dəfə oxunub

Şərhlər