Hikikomori

10 Feb 2017 1497 dəfə oxunub

Hikikomori (Yaponca: ひきこもり və ya 引き篭り) "içəri çəkilmə, özünü həbs etmiş olmaq" olan yapon dilində bir sözdür. Şəxsi və ya sosial səbəbərdən cəmiyyətdən ayrı qalma hallarıdır

 

İnsanların altı ay və daha uzun müddətə məktəb və işə getmədən, hər hansı bir sosial fəaliyyətə qatılmayıb evdən çıxması halını Yaponiya Səhiyyə, İş və Rifah nazirliyi “Hikikomori” adlandırıb.

 

Rəqəmlər 2010-cı ildə aparılan təxminlərə görə az olsa da özünü 7 il boyunca evə həbs edənlərin 35 % təşkil etməsi olduqda diqqətçəkən həqiqətdir.

 

Araşdırma gənclərlə yanaşı yaşları 35-39 arasında olan yapon vətəndaşlarının özünü evə həbs edənlərin faizinin iki qat artdığını üzə çıxarıb.  

 

İlk dəfə 1990-cı ildə meydana çıxan Hikikomori hələ tibbi ədəbiyyatda xəstəlik kimi yer almır və müalicə metodu müəyyənləşdirilməyib.

 

Həkimlər isə gənclərin cəmiyyətdən uzaq yaşamağı seçməsində psixoloji və mədəni faktorlarının payının yüksək olduğunu düşünürlər.

 

Hikikomori kişilərdə və təhsilli orta sinifdə daha geniş müşahidə olunur. Hikikomoridən əziyyət çəkən insanlar adətən kompüter oyunları oynayaraq və rəsmli roman oxuyaraq vaxt keçirirlər. Psixoloqlar bu vəziyyətin tənbəllikdən qaynaqlanmadığını deyirlər.

 

Yapon psixoloq Tamaki Saito bir müsahibəsində Hikikomori barəsində bunu deyib: “Onlar bayıra çıxıb sosiallaşmaq, dost və ya sevgili qazanmaq istəyirlər, amma bunu bacarmırlar.”

 

Hikikomor təkcə Yaponiyaya məxsus hal deyil. 2015-ci ildə həyata keçirilən bir araşdırmada Amerika, Çin və İspaniya kimi ölkələrdə də buna bənzər halların ortaya çıxdığı müəyyənləşib.

Şərhlər

Kalendar
Hava