Yapon memardan yaşlı qadınlara sürpriz

24 Feb 2017 2707 dəfə oxunub

    Heç təqaüdə çıxanda necə bir evdə yaşayacağınızı planlamısınız? Bəzən məişət problemləri insanlara bu haqda düşünməyi unutdurur. Buna vaxt tapan bir yapon memar özü üçün yox, iki yaşlı qadını düşünərək, onlar üçün ev dizayn edib.  Heyran olacağınız bu evdə aşbaz və qadınların baxıcıları üçün də yer var. Artıq fərqli dizaynlarından tanınan İssei Suma evi 3D strukturunda yaradıb. Burada xanımlar üçün ortaq mətbəx də yer alıb. Eyni zamanda bu evdə spiral formasında hovuz da var. 100 metr hündürlüyə malik olan bu dizaynın adı “Jikka”dır. Bu ev  çadıra bənzəsə də, tam olaraq kvadrat formasındadır.

Şərhlər

Kalendar
Hava