Dovşan adası

10 Feb 2017 3324 dəfə oxunub

\

Okunoşima adası

– Yaponiya sularının daxilində olan adadır. Adada insanlardan qorxmayan vəhşi dovşanların yaşadığına görə, onun qeyri-rəsmi adı “Dovşan adası”dır. Yaponiyada Okonosimo adlanan ada uzun müddət xəritələrdə göstərilməyib. Buna səbəb, həmin dövrdə gizli şəkildə bu adada kimyəvi silahların istehsal olunması idi. Bu gün isə həmin əməliyyatlardan əsər-əlamət qalmayıb. Artıq Okonosimo adası dovşan adasına çevrilib. Hər il bura 100 mindən çox turist gəlir. Turistləri maraqlandıran isə buranın sirli taleyi yox, adada olan dovşanlardır.

Bəs adaya dovşanlar necə peyda olub? Bununla bağli iki iddia var. Birinci iddiaya görə, dovşanları, ikinci dünya müharibəsi zamanı, kimyəvi silahın effektliyini yoxlamaq üçün gətiriblər. Lakin, “Zəhərləyəci maddələr” muzeyinin keçmış direktoru bildirib ki, həmin heyvanlar zavodun yandırılması zamanı məhv olublar.

İkinci iddia ya görə isə, 1971 ildə, bir qrup məktəbli cansız adaya səkkiz dovşan buraxıblar və onları sayı çoxalıb. Adaya it və pişiklərin gətirilməsi və dovşanların ovu qadağandır.

“Dovşan ada”da turistlər üçün otel və qolf meydançası var.

 

Zavod dağıntılarını ada boyu görmək olar. Rəsmi giriş təhlükəli olduğu üçün qadağan olsada, lakin maraq göstərənlərə heç bir maniyə yoxdur.

Şərhlər

Kalendar
Hava