Tokioda 2016 cı ildə küçədə tapılıb polisə verilən pul 32 milyon dollardı

03 Apr 2017 14108 dəfə oxunub

Girdiyiniz bir kafedə, bir şeylər sifariş vermək üçün iPhone telefonunuzu masanıza qoyaraq qəhvə almağa getmək dünyanın bir çox yerində ağıllı bir addım ayılmaz. Yaponiyada telefonunuzun oğurlanması və narahatlıq yaşamadan bunu rahatlıqla edə biləcəyiniz ölkədir. Bir qatarda, kafedə unutduğunuz çantanızı və pulqabınızı sonradan gedib ala bilərsiniz. Yaponiya ictimai təhlükəsizliyin ən təəccüblü göstəricilərindən biri də Tokioda hər il tapılıb sahiblərinə geri verilən 'itən pul' miqdarı 2016-cı ildə küçədə polisə təslim edilən sahibsiz pul miqdarının 3.67 milyard Yapon yen (32 milyon dollar) olduğu açıqlandı. Tokio Polis Təşkilatı bu pulun təxminən dörddə üçünün, haqq sahiblərinə çatdığını açıqladı.

Yaponiyada 2011 zəlzələsində sonra polisə təslim edilən pul miqdarının 78 milyon dollar olması dünya mediasının diqqətini çəkmişdi. Kansai Universitetinin professoru Toshinari Nishioka, bunun ən əhəmiyyətli səbəblərindən biri olaraq, Yapon təhsilini uşaqlara sıx şəkildə etik və mənəvi təhsili verilməsini sayır.

Şagirdlər, özləri bir şey itirəndə nə hissedeceklerini, itirmədən əvvəl öyrənir. Bu səbəbdən bir şey tapdığında itirən adam ilə empati edə bilir. '' Yapon polis şöbələrində küçədə tapdığı 10 Yen'i (30 qəpik) gətirən uşaqlara tez-tez rast gəlinir ''  

Bir başqa əhəmiyyətli motivasiya da Yaponiyaniyada itən əşyaları tapmaq haqda qanun var. Bu qanuna görə, pul tapan adamın bunu polisə aparması zəruridir. Və tapan adam istəsə, sahibi ortaya çıxınca da sahibin şərtlərinə görə pulun yüzdə 5 ilə 20-si arasında bir qismini mükafat olaraq tələb etmə haqqına sahibdir. Əgər tapıb polis bölməsinə təslim etdiyi pulun üç ay içində sahibi çıxmazsa, pulun hamısı tapan adamın olur.

 

Müəllif:  Şah İsmayıl

Şərhlər

Kalendar
Hava