sahibini 10 il gözləyən it

11 Feb 2017 2409 dəfə oxunub

1924-ci ildə Tokio Universitetində işləyən Yapon Professor Hidesaburo Ueno kiçik bir it balası götürdü özünə.

Professor Ueno yapon dilində 'səkkiz dənə' mənasını verən Hachiko adını qoydu itinə ...

Beraberliklerinin yalnız bir il davam edəcəyini bilmirdi. Amma o bir ildə dünya tarixinə keçəcək kitablara filmlərə mövzu olacaq bir əlaqə yaşadılar.

Safkan Akita cinsi ağ bir erkəy it olan Hachiko hər səhər universitetə ​​getmək üçün evdən metroya gedən sahibinə yoldaşlıq etdi ...

Metronun çıxış qapısına qədər gətirib sahibini yola saldıqdan sonra da evə döndü.

Çox keçmədən bir axşam universitet dönüşündə metronun çıxışında Hachiko'yu özünü gözləyərkən gördü professor çox təəccübləndi.

Bu ağıllı it sahibinin axşam evə dönüş saatlarını hesablayaraq və eyni yolu istifadə edərək və düşünərək metronun önünə getmişdi.

Ondan sonrakı bir il ərzində hər səhər sahibini metroya qədər apardı hər axşam iş çıxışında da metronun qarşısında qarşıladı Hachiko ...

Heç vaxt saatını qarışdırmadı ...

Amma bir axşam professor metrodan çıxmadı gözləri metronun qapısında gecə boyunca gözlədi Hachiko.

Bir sonrakı axşam yenə yox idi professor ...

Üçüncü axşam metrodan yenə çıxmadı ...

Dördüncü beşinci axşam yox yox ...

Universitetdə infarkt keçirib ölmüşdü professor.

Hachiko hər axşam sahibim metrodan çıxacaq deyə inadla gözlədi.

Həftələr aylar ərzində hər axşam Tokio metrosunun Şibuya stansiyasının qapısına getdi ...

Tam 10 il ərzində ...

12 yaşındaykən metronun qapısında öldü Hachiko ...

Bu gün Tokioya gedənlər Shibuya stansiyasının qapısında yuxarıda fotoşəkilini gördüyünüz heykəllə qarşılaşar.

Bax o Hachiko'dur ...

Yaponlar sədaqət və insan-heyvan əlaqəsinin simvolu olaraq ölümündən dərhal sonra tikdilər bu heykəli ...

İkinci Dünya müharibəsindən sonra da unutmadılar Hachiko'yu və 1948-ci ildə yeni heykəlin düzəltdilər.

Bu gün Şibuya stansiyasının o qapısı Hachiko çıxışı olaraq bilinir və Tokionun ən əhəmiyyətli görüşmə mərkəzlərindən biri.

Hər il Hachiko'nun ölüm ildönümü olan 8 Apreldə da bütün Heyvansevər heykəlin qarşısında görüşürlər.

Şərhlər

Kalendar
Hava