Azərbaycan prezidenti Yaponiya imperatoruna başsağlığı verib

 

 
 
 

Prezident İlham Əliyev Yaponiyada baş vermiş zəlzələ nəticəsində insan tələfatı ilə əlaqədar Yaponiyanın imperatoru Əlahəzrət Akihitoya başsağlığı verib.

Lent.az prezidentin saytına istinadən xəbər verir ki, dövlət başçısı Yaponiyada baş vermiş zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar imperatoru Əlahəzrət Akihitoya, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

 

http://news.lent.az/news/239689

19 Feb 2017 1565 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava