Yaponiya qaçqınlara 1,56 mlrd dollar ayırır

Yaponiyanın baş naziri Sindzo Abe  Tokionun suriyalı və iraqlı qaçqınlara yardım məqsədilə 1,56 mlrd dollar  ayıracağını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Sindzo Abe  BMT Baş Assambleyasının 70-ci iclasında çıxışı zamanı deyib.

Yaponiya bu il bu məqsədlər üçün 810 mln dollar vəsait ayırmaq niyyətindədir. Bu məbləğ əvvəlki illərdə ayrılan vəsaitlərdən üç dəfə çoxdur. Daha 750 mln dollar isə Yaxın Şərqdə və Afrikada sülh prosesinin formalaşmasına ayrılacaq.

  

http://news.lent.az/news/216151

 

19 Feb 2017 2442 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava