Yaponiyada Azerbaycan heqiqetleri…

11:25 – xeber – Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın bir sıra qadın təşkilatları, tanınmış QHT və KİV rəhbərləri ilə görüşdə Azərbaycan ilə bağlı məlumatlar verib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Qənirə Paşayeva Yaponiyanın bir sıra QHT və KİV rəhbərləri, qadın təşkilatları ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı soyqırımı ilə bağlı məlumatlar verib. O deyib ki, harada yaşamasından asılı olmayaraq, dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkələr və xalqlar Ermənistanın işğalçılıq siyasətinə qarşı etiraz səslərini daha da yüksəltməlidir.
 
Yaponiyanın tanınmış qadın təşkilatları, QHT və KİV rəhbərləri Azərbaycana gəlmək istədiklərini bildiriblər və ölkəmizi yaxından tanımaqdan məmnun olacaqlarını deyiblər. Həmçinin Azərbaycan QHT və KİV-ləri, qadın təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnunluq duyacaqlarını vurğulayıblar.
 
Deputat gündoğar ölkənin KİV nümayəndələrinə Azərbaycan-Yaponiya münasibətləri, ölkəmizin iqtisadi, turizm potensialı, Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı müsahibələr də verib.
 
Ümumdünya Qadın Sammitinin təşkilat komitəsinin sədri Milli Məclisin deputatı Qənirə Paşayevanı 2017-ci ildə Yaponiyada keçiriləcək sammitə dəvət edib və onu yenidən bu ölkədə görməkdən məmnun olacağını bildirib.

axar.az

 

http://www.olkem.az/xeberler/yaponiyada-azerbaycan-heqiqetleri-32451/

04 Feb 2017 1640 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava