Yaponlar robotların olimpiadasını keçirəcəklər

 
 
 

 
Yaponiya hökuməti robotlar üçün şəxsi Olimpiya oyunları keçirməyi planlaşdırır.
 
İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən xəbərə görə, bu oyunlar 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya oyunları ilə birgə paralel olaraq keçiriləcək.
 
“Robotlar olimpiadası”nın təşkilatçıları sırasına ölkənin İqtisadiyyat Nazirliyinin, ticarət və sənaye sahələrinin nümayəndələri, həmçinin yüksək texnoloji tərtibatçılar sahəsinin nümayəndələri daxil edilib.
 
Bu yarışların keçirilməsində əsas məqsəd müasir texnologiyalar və onlardan insan həyatında istifadə vasitələrini nümayiş etdirməkdir. Robotlar üçün ən prioritet sahələr isə müxtəlif istehsal, səhiyyə, yaşlı insanlara qulluq sahələridir. 
 
Olimpiadada robotlar məhsulların tez bir zamanda qablaşdırmaq, insanları mağazalarda müşahidə etmək və digər sahələr üzrə bacarıqlarını sınayacaqlar. 
 
Hazırda Yaponiya robot istehsalı üzrə dünya lideridir. Ölkənin paytaxtında robotları insanlıq və bəşəriyyət üçün ən perspektivli sahə olduğunu hesab edirlər. Bəzi məlumatlara görə, 2020-ci ildə bazarda robotların ümumi əhatəsi 20 milyard dollar təşkil edəcək.

 

http://ikt.lent.az/news/199451

19 Feb 2017 1342 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava