“Auditoriyada səfirdir”: növbəti görüş Yaponiyanın Azərbaycandakı səfiri ilə keçirilib

Bakı, 12 noyabr, AZƏRTAC 

Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənc Diplomatlar Birliyinin "Auditoriyada səfirdir" layihəsi çərçivəsində həyata keçirdiyi tədbirdə Milli Məclisin deputatı, professor Elman Nəsirov, KİV nümayəndələri və gənc diplomatlar iştirak ediblər.

Azərbaycan–Yaponiya əlaqələrindən danışan E.Nəsirov Bakının gündoğar ölkə ilə bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Əlavə edib ki, iqtisadi və ticarət sahəsində mövcud potensial ölkələrimiz arasında əlaqələrin daha uğurlu gələcəyindən xəbər verir.

Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafına bundan sonra da dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb, bu sahədəki mövcud vəziyyət barədə məlumat verib. O, ölkələrimiz arasında bütün sahələrdə, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin perspektivlərinə dair fikirlərini auditoriya ilə bölüşüb.

Sonra səfir Tsuquo Takahaşi tədbirdə iştirakı edən gənc diplomatların suallarını cavablandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
http://azertag.az/xeber/Auditoriyada_sefirdir_novbeti_gorus_Yaponiyanin_Azerbaycandaki_sefiri_ile_kechirilib-1009953

15 Feb 2017 1319 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava