Yaponiya da öz messencerini yaratdı - Miitomo

 
 
 

Video oyunlar və oyun cihazlarının tərtibatı üzrə ixtisaslaşmış Yaponiyanın “Nintendo” şirkəti Rusiyada özünün “Miitomo” adlanan ilk mobil əlavəsini istifadəyə verib.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, yenilik istifadəçilərə dostları ilə Mi obrazlarının köməyi ilə ünsiyyət qurmağa imkan verəcək.

 

İstədilən insan tez bir zamanda personaj yaradıb, onun üz cizgilərini, gözlərinin və saçının rəngini, saç düzümüтц, həmçinin səs və xasiyyətini uyğunlaşdıra bilər. 

Bundan başqa, messencer yüklənən şəkilin əsasında özü də sərbəst olaraq obraz yarada bilir.
 
“Miitomo” ünsiyyətə başlayan zaman dialoqu bir növ özünəməxsus oyuna çevirir və iştirakçılara bir neçə suala cavab verməyi təklif edir. Əlavənin iOS və “Android” əməliyyat sistemləri üçün təqdimatı Yaponiyada martın 17-də baş tutub. Artıq bu gün üçün bu əlavənin yükləmələrin sayı 1 milyonu keçib.

 

http://ikt.lent.az/news/199748

19 Feb 2017 1452 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava