Prezident Yaponiya imperatorunu təbrik edib

 

Prezident İlham Əliyev Yaponiyanın imperatoru Akihitoya Yaponiyanın milli bayramı – Təvəllüd günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə ən xoş arzularımı yetirərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

 

http://news.lent.az/news/226176

19 Feb 2017 1554 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava