Hakerlər Yaponiya Müdafiə nazirliyinin kompüter sistemini sındırdı

Naməlum hakerlər Yaponiya Müdafiə Nazirliyi və Özünümüdafiə Qüvvələrinin kompüter sistemini sındırıblar.

 

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, kiber-hücumun təsirini qiymətləndirən mütəxəssislər onun peşəkarlar tərəfindən həyata keçirildiyini, arxasında xarici ölkənin durduğunu ehtimal edirlər.

 

Hazırda Yaponiyanın güc strukturlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Hərbi qulluqçulara İnternetə daxil olmaq qadağan edilib.

 

Məlumata görə, son zamanlar Yaponiyanın dövlət və özəl qurumlarına qarşı kiber-hücumların sayı artıb.

 

http://news.lent.az/news/260728

18 Feb 2017 1395 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava