2020-ci ildə Yaponiyada sürücüsüz taksilər olacaq

 

 

Yaponiyalı mütəxəssislər sərnişinlərin daşınması ilə məşğul olacaq pilotsuz avtomobillərin tərtibatına başlayıblar. 

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, 2020-ci ildə Yaponiyada sürücüsüz taksilər olacaq.

Hökumət qeyd edir ki, yeni nəqliyyat vasitələri artıq Tokioda keçiriləcək Olimpiya oyunları zamanı ölkənin bütün avtomobil yollarında fəaliyyət göstərəcəklər. Pilotsuz avtomobillərin tərtib edilməsi təklifi Yaponiya hökumətindən gəlib.

Mütəxəssislər artıq pilotsuz maşınlarının tərtibatına başlayıblar. Avtomobillərin istehsalında müəyyən tələblər yerinə yetirildikdən sonra onlar sərnişinlərin daşınmasına və bu maşınların istehsalına başlayacaqlar.

Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman isə nəqliyyat vasitəsini istehsal edən şirkət məsuliyyəti öz üzərinə götürəcək. Hər bir pilotsuz taksi uzaqdan idarəolunan müşahidə sistemi ilə təchiz olunmalıdır. Bu da sürücüsüz idarə olunan maşına nəzarət etməyə imkan verəcək.

 

http://ikt.lent.az/news/200023

19 Feb 2017 1386 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava