Yaponiyada robotlaşdırılmaya tələbatı artırır

Yaponiya robotların istifadəsi və yaradılmasına digər ölkələrdən daha çox vəsait ayırır. Hazırda ölkə boyunca müxtəlif müəssisələrdə 250 min robot istifadə olunur. Yaponiya bu göstəriciyə görə dünya lideridir. Bu arada əhalinin yaşlanması və işçi qüvvəsinin azalması ilə bağlı robotlaşdırılmaya tələbatı artırır.  Yaponiya özüdə Beynəlxalq kosmik stansiyaya raket göndərib. Raketin göyərtəsində kosmik avadanlıqla yanaşı eləcə də danışan robot var. Həmin robot Yaponiya alimləri tərəfindən məxsusən kosmonavtlarla ünsiyyət üçün yaradılıb. Robota Kirobo adı verilib. Bu robot göstərişləri yerinə yetirir və əvvəlki söhbətlərin təhlili əsasında ona verilən suallara yeni cavablar tərtibləyə bilir. Alimlərin sözlərinə görə, bu robotun yaradılmasında məqsəd süni robot intellektinin əvvəl eşitdiyi söhbətlər əsasında nə dərəcədə inkişaf edə biləcəyinin hüdudlarını öyrənməkdən ibarətdir.

 

11 Feb 2017 1532 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava