Yaponiya və Səudiyyə Ərəbistanı dünyanın ən iri texnoloji investisiya fondunu yaradır

Neft ixracından asılılığını azaltmağın yollarını axtaran Səudiyyə Ərəbistanı Yaponiyanın "Softbank" qrupu ilə birgə beynəlxalq texnoloji investisiya fondu yaradır.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, fondun həcmi $100 mlrd. təşkil edə bilər.

Səudiyyə Ərəbistanın vəliəhdinin müavini Məhəmməd bin Salman bildirib ki, "SoftBank" 5 il ərzində fonda $25 mlrd. yatıracaq. Səudiyyə Ərəbistanın İctimai İnvestisiya Fondu isə qeyd edilən müddətdə yeni yaradılan fonda $45 mlrd. yatıracaq. Bir sıra iri investorların fondda iştirakda maraqlı olması kapital qoyuluşunu $100 mlrd. çatdıra bilər. Beləliklə, sözügedən fond dünyanın ən iri texnoloji sahəyə fokuslanan fondu olacaq.

 

http://ikt.lent.az/news/200781

18 Feb 2017 1276 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava