Yaponiyada “Robotlar krallığı” yaradılır

 
 
 

Yaponiyada “Robotlar krallığı” adlanan əyləncə parkı yaradılacaq.

İKT.lent.az-ın “The Daily Mail” nəşrinə istinadən məlumatına görə, onun ərazisində yerləşən parkın və hotelin bütün xidmət göstərən personalı robotlardan təşkil olunacaq. 

Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqasaki şəhərində açlacaq “Robotlar krallığı”nın ziyarətçiləri robot tərəfindən hazırlanmış ənənəvi Yaponiya mətbəxi olan okonomiyakinin, həmçinin avtomatik barmenin hazırladığı kokteylin dadına baxa biləcəklər. 

Bu barədə yerli jurnalistlərə layihənin başçısı Xideo Savada məlumat verərək deyib ki, “Robotlar krallığı”na daxil olmağın qiyməti 59,33 ABŞ dolları təşkil edir. Turistlərə isə “Henn-na” smart hotelində qalmaq təklif olunacaq.

Bu hotel ötən il fəaliyyətə başlayıb. İki nəfərlik nömrəyə 80 dollar ödəməklə müştərilər şəxsi robot-köməkçi əldə edəcəklər. Bu robot lazımi məlumatları verə və qəhvə hazırlaya biləcək. Orada həmçinin baqaj daşıyan, inzibatçı, xadimə, aşpaz və barmen robotlara da rast gəlmək mümkündür. Maraqlısı isə budur ki, hotelin otağına daxil olmaq üçün qonaqların özü ilə açar daşımasına ehtiyac yoxdur. Hər bir qapı simanı tanıyan xüsusi sensora malikdir. 

 

http://ikt.lent.az/news/199890

19 Feb 2017 1461 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava