Yaponiyada əslindən fərqlənməyən kompüter qız yaradıldı

Yaponiyanın peşəkar dizaynerləri, ər-arvad Teruyuki və Yuka İşikava kompüter texnologiyasının köməyi ilə canlı insandan demək olar ki, fərqləndirilməsi mümkün olmayan Sayya adlı qız yaradıblar.
 
İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumata görə, təcrübə xatirinə Sayyanın yaradıcıları Yaponiya sosial şəbəkəsində onun üçün akkaunt da yaradıblar və hətta onun Osaka şəhərində yuxarı sinif şagirdi olduğunu da qeyd ediblər. Demək olar ki, bütün istifadəçilər onu əsl insandan fərqləndirməyiblər və onunla təmas qurmağa çalışıblar. 

Bir qədər sonra dizaynerlər Sayyanın üç ölçülü animasiyanın köməyi ilə hərəkət etməsini də nümayiş etdiriblər. Ancaq bu zaman o, bir qədər real görünməyib. 
 
Təəccüblü fakt budur ki, ailə cütlüyünün yüksək peşəkarlığı heç bir mütəxəssisin köməyi olmadan əldə olunub. Onlar kompüter qızcığazın tərtibatı ilə işdən sərbəst vaxt olanda məşğul olublar. Hazırda isə onun inkişaf etdirilməsi üzərində çalışaraq maksimuma çatdırmağa çalışırlar.

 

http://ikt.lent.az/news/200808

18 Feb 2017 1521 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava