Yaponiyada günəş elektrostansiyaları estakada yaxınlığında tikiləcək

Yaponiya hakimiyyəti günəş elektrostansiyalarının inşası üçün çoxlu yol qovşaqlarından istifadəni planlaşdırır.

 

İKT.lent.az-ın “TASS”a istinadən xəbərinə görə, bu yaxınlarda bununla bağlı ideyanı “Panasonic Corp.” korporasiyasının istehsalı olan 2 min paneli Yaponiyanın mərkəzi hissəsində avtomagistralda quraşdıran “Moriguchi Landscape” şirkəti həyata keçirib. Panellərin hasil etdiyi enerjinin gücü 500 kilovat təşkil edir ki, bu da 200 evi enerji ilə təmin etməyə kifayət edir.

Mütəxəssislərin fikrincə, estakada enişində panellərin quraşdırılması yerə qənaət etməklə yanaşı, onların işinin səmərəliyini artırır, çünki maillik sayəsində fotoelementlərə çoxlu Günəş şüası düşür.

Yaponiyada nüvə reaktorlarının fəaliyyətinin bərpası ilə bağlı dəqiq perspektiv planların olmadığı bir dövrdə son vaxtlar günəş enerjisi ilə işləyən çoxsaylı elektrostansiyalar inşa edilir. Adətən bu məqsədlər üçün yerlər sahildə və göl səthində seçilir və Günəş şüalarının sudan əksi sayəsində panellərin məhsuldarlığı xeyli artır.

 

http://ikt.lent.az/news/198372

19 Feb 2017 2261 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava