Yaponiyanın “Line” messenceri istifadəçilərini itirir

Yaponiyanın ən kütləvi messenceri “Line” mövcud olduğu dövrdə ilk dəfə olaraq fəal müştərilərini itirməyə başlayıb.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, ötən ilin sonuncu rübü ərzində istifadəçilərinin sayı 220 milyon nəfərdən 217 milyon nəfərə qədər azalıb. 

“Line” İndoneziya, Tailand, Tayvan və təbii ki, Yaponiya kimi ölkələrdəki müştərilərdən çox asılıdır. Bu dövlətlərdəki istifadəçilərin sayı 77 faiz təşkil edir. Ötən ilin əvvəllərində bu rəqəm 67 faiz təşkil edirdi. İPO keçiriləndən 6 ay sonra messencerin qiyməti 9,4 milyard dollardan 8 milyard dollara düşüb.

Şirkətin “Line Music” və “Pay Line” əlavələrinin də müştərilərinin sayını artıra bilməməsi də pozitiv proqnozlar verməyə imkan vermir. 2015-ci ilin əvvəlindən bu sahədə artım müşahidə olunmur. 
 
“Line”dan fərqli olaraq, “Facebook Messenger” və “WhatsApp” kimi əlavələrdə isə əksinə, artım müşahidə olunur.

http://ikt.lent.az/news/201383

18 Feb 2017 1580 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava