Yaponiyalı alim Multikulturalizm Mərkəzində konfransa qatılıb

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Yaponiyanın məşhur Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib. BBMM-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransa Vaseda Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının tələbələri də qatılıb.                                                                                      

Konfransı  giriş sözü ilə açan BBMM-n icraçı direktoru, professor Azad Məmmədov iştirakçılara Mərkəzin yaranması və fəaliyyəti haqqında məlumat verib. İcraçı katib qeyd edib ki, hazırda multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bu siyasət uğurla davam etdirilir.                                               

Vaseda Universitetinin Kommersiya fakültəsinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiya və Azərbaycan multikulturalizmini müqayisəli təhlil edərək ölkələrində Azərbaycandakı kimi müxtəlif milli etniklərin yaşamadığını söyləyib. Professor qeyd edib ki, Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir, bizdə son zamanlar emiqrasiya problemləri də qabarmaqdadır. Bu səbəbdən biz Azərbaycanla - multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıq etməkdə maraqlıyıq.                                                                                                                                                  

Mərkəzin Analitika və İnformasiya  şöbəsinin müdiri, fəlsəfə doktoru Nəriman Qasımzadə Azərbaycan multikulturalizminin tarixi, ədəbi-bədii qaynaqları haqqında danışaraq bildirib ki, Azərbaycan multikulturalizminin başlıca qaynaqlarında yer alan bir məqam azərbaycanlıların milli kimliyi ilə bilavasitə bağlıdır. Cəsarətlə demək olar ki, azərbaycanlı kimliyinin özü multikultural bir mahiyyətdədir.  Bu kimliyin əsrlərcə gəlişməsində, müsbət nəticələr verməsində Azərbaycan multikulturalizminin siyasi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları da kifayət qədər böyük rol oynayıb. Azərbaycan multikulturalizmi dünyadakı multikulturalizm modelləri arasında diqqət çəkir.

Təşkilat şöbəsinin müdiri Hikmət Babayev Mərkəzinin  həyata keçirdiyi layihələr barəsində söhbət açaraq deyib ki, fəaliyyətimizdə əsas missiya Azərbaycan multikulturalizminin təbliği və təşviqidir. Biz tolerantlığı və multikultural dəyərləri bütün dünyada təbliğ etməyə çalışırıq və tezliklə bu geniş bir hərəkata çevriləcək. Yaponiyalı tələbələri bu zəruri və əvəzolunmaz dəyərləri öyrənib təbliğ etməkdə bizimlə bir sırada durmağa çağırırıq.

Konfransda Vaseda və ADA-nın tələbələri arasında maraqlı fikir mübadiləsi aparılıb və “Tolerantlıq diyarı Azərbaycan” sənədli filmi 

 

http://news.lent.az/news/220555

19 Feb 2017 1534 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava