Yaponiya təyyarələrində "Samsung Galaxy Note 7"nin daşınması qadağan edildi

Yaponiya hökuməti yerli aviaşirkətlərin mülki təyyarələrində "Samsung Galaxy Note 7" smartfonunun daşınmasını qadağan edib.

İKT.lent.az-ın TASS-a istinadən xəbərinə görə, bu smartfon Yaoniyada rəsmən satışda olmayıb. Ona görə də qadağanın daha çox əcnəbi sərnişinlərə şamil ediləcəyi ehtimal olunur.

Öz növbəsində "Japan Airlines" və "All Nippon Airways" aviaşirkətləri öz müştərilərini əl çantası və baqajda "Samsung Galaxy Note 7"nin daşınmasının qadağan olunması haqda məlumatlandırıb.

 

http://ikt.lent.az/news/200788

18 Feb 2017 1292 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava