Yaponiyanın ilk “stels” texnologiyalı təyyarəsi test uçuşu keçirib

 
 
 

 

Yaponiyanın “stels” (radara görünməyən) texnologiyalı hərbi təyyarəsi aprelin 22-də ölkənin mərkəzi hissəsində test uçuşu keçirib.

İKT.lent.az-ın “Keyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, qırıcı təyyarə Naqoy hava limanından qalxaraq Gifu prefekturasındakı hərbi hava bazasına enib.

Layihə “Mitsubishi Heavy İndustries Ltd.” şirkətinin rəhbərliyi ilə Yaponiyanın bir sıra şirkətlərinin yaratdığı konsorsium tərəfindən işlənib hazırlanıb. Yaponiya Müdafiə Nazirliyinə təqdim olunacaq layihə “Advanced Technology Demonstrator X” (ATD-X) adlanır. Bu layihəyə 2009-cu ildə start verilib.

 

http://ikt.lent.az/news/199863

19 Feb 2017 1292 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava