Tokioda gələcəyin qatarı üçün stansiya inşa edilir

 
 
 

 

Tokioda uzunluğu 280 kilometr olan, maqnit üzərində hərəkət edən ilk qatarın hərəkətini təmin edəcək stansiyanın tikintisinə başlanılıb.

 

İKT.lent.az-ın “nia-spb.ru” saytına istinadən verdiyi məlumata görə, bu dəmir yolu 2027-ci ildə Yaponiya paytaxtını Naqoya şəhəri ilə birləşdirəcək. Platformanın uzunluğu 450 metrdən çoxdur.

 

Bu arada Naqoedə stansiyanın inşasına artıq başlanılıb. Bu məsələ ilə bağlı hər hansı razılıq olmasa da, tikintini həyata keçirəcək “JR Tokai” şirkəti razılığın əldə olunması prosesini sürətləndirəcəyinə söz verib. Ötən ilin sonunda Yaponiyada ilk olan və Tokio-Naqoya maqlev xəttinin keçəcəyi Yamanasi mərkəzi prefekturasında bu xəttin ən çətin sahəsi olan və Yaponiya Alpları adlanan 25 kilometrlik hissəsinin tikintisinə başlanılıb.

 
Layihənin dəyəri 5,5 trilyon yen və ya 45,8 milyard dollar dəyərində qiymətləndirilir. Tikintidə 15 mindən artıq insanın iştirakı gözlənilir.

 

http://ikt.lent.az/news/199415

19 Feb 2017 1392 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava