Yaponiya ABŞ-dan neft almağa başladı - 40 İLDƏN SONRA

 
 
 
 

Yaponiya 40 ildən sonra ilk dəfə ABŞ-dan neft idxal etməyə başlayıb. APA TV-nin Rusiya mənbələrinə istinadən məlumatına görə, bu, uzun illərdir Vaşinqtonun neft ixracına qoyduğu qadağanı götürdükdən sonra mümkün olub.

 

Artıq Yaponiyanın Cosmo Energy Holdings kompaniyası neftin ilk partiyası üçün 8,47 milyon dollar ödəyib. "Slans nefti"nin ilk partiyası Yaponiyaya fevralın ortalarında çatdırılacaq. 3,9 milyon barel neftdən benzin və dizel yanacağı emal ediləcək.


Xatırladaq ki, Yaponiya ABŞ və Cənubi Koreya kimi dünyanın ən böyük enerji idxalatçılarındandır. Bununla yanaşı, analitiklər son aylarda bir çox ölkələrdə olduğu kimi Yaponiyada da neftə olan tələbatın azaldığını qeyd edirlər.


Bu arada "Morgan Stanley" bankı 2016-cı ildə Brent markalı neftin ortalama qiymətinin 49 dollar olacağını proqnozlaşdırır. Lakin hazırkı qiymət səviyyəsini nəzərə alan bank mütəxəssisləri qiymətlərin daha aşağı olacağı qənaətindədir.

 

http://news.lent.az/news/229279

19 Feb 2017 1435 dəfə oxunub

Həmçinin oxu
Kalendar
Hava